Avropa Birliyi İranı müzakirə edəcək

Bu gün Avropa Birliyinin 27 üzv dövlətinin xarici işlər nazirləri yığışır. Onlar İranı nüvə danışıqlarına geri qaytarmağın yollarını müzakirə edəcəklər.

İsveçin paytaxtında keçiriləcək bu görüşdən iki gün əvvəl ABŞ, Almaniya, Fransa, Britaniya, Rusiya və Çindən ibarət altı dövlətin nümayəndələri bir araya gələrək, İranı BMT-nin Baş Məclisinin sentyabrın 21-də növbəti sessiyası başlayanadək nüvə danışıqlarına qayıtmaq şərtini qəbul etməyə çağırmışdılar.