AB liderləri növbədənkənar iclasa toplaşır

Avropa Birliyi ölkələrinin liderləri sentyabrın 17-də fövqəladə iclasa toplaşıb iqtisadi böhranı müzakirə edəcəklər. Bu, Böyük 20-lik ölkələri liderlərinin toplantısına hazırlıq məqsədli bir görüşdür.

Bu barədə Avropa Birliyinə sədrlik edən İsveçin baş naziri Fredrik Reinfeldt bu gün Stokholmda məlumat verib.

Sənayecə inkişaf etmiş 20 ölkənin birliyi olan Böyük 20-liyin toplantısı isə sentyabrın 24-25-də ABŞ-da olacaq. Liderlər qlobal iqtisadi böhranı və yeni maliyyə tənzimləmələrini müzakirə edəcəklər.