Krımda uşaqlar kütləvi zəhərlənib

Krımın Cankoy şəhərində 170-dən çox uşaq xəstəxanaya düşüb.

Uşaqlardan biri hələ də reanimatsiyadadı.

Uşaqlar cümə axşamı və cümə günü şəhərdəki 5 uşaq bağçasından gətirilib.

Onların qidadan zəhərləndiyi təxmin edilir.

Ukraynanın səhiyyə naziri Vasili Knyazeviç jurnalistlərə deyib ki, zəhərlənmə süd məhsullarından ola bilər.

Faktla bağlı cinayət işi açılıb.