Goldə batanların sayı 12-ə çatıb

Son məlumata görə Makedoniyanın Ohrid gölündə bərənin batması nəticəsində azı 12 adam ölüb.

Xilasedicilər 50-dən çox adamı sahilə çıxarıblar.

Sərnişinlərin sayı dəqiq bəlli olmadığından hakim dairələr hesab edir ki, ölü sayı arta da bilər.

Sərnişinlərin əksəriyyəti Bolqarıstandan olan turistlərmiş.

Qəzanın səbəbi bəlli deyil.