Kalininqrad hava şirkəti bankrot olub

Kalininqrad hava şirkəti uçuşu tamamilə dayandırıb.

Uzun fasilədən sonra hava limanında qalmış 200-ə yaxın sərnişin nəhayyət bu gün yola salınıb.

20-dən çox sərnişin isə 2-ci gündür ki, Ufadan uça bilmir.

Onların başqa şirkətlərlə yola salınması götür-qoy edilir.

Bankrot olmuş “ KD Avia” şirkətinin 11 milyard rubldan çox borcu var.