Göldə batanların sayı 18-ə çatıb

Makedoniyanın Ohrid gölündə bərənin batması nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Xilasedicilər 50-dən çox adamı sahilə çıxarıblar.

Sərnişinlərin sayı dəqiq bəlli olmadığından hakim dairələr hesab edir ki, ölü sayı arta da bilər.

Sərnişinlərin əksəriyyəti Bolqarıstandan olan turistlərmiş.