Əfqanıstanda yaralananlar arasında sakinlər də var

Ötən cümə günü Əfqanıstanın şimalında hava zərbəsi nəticəsində xəsarət alanlar arasında dinc sakinlər də var.

Bunu Əfqanıstandakı NATO qüvvələrinin baş komandanı, amerikalı general Stenli Makkristal deyib.

Zərbə Gündüz əyalətində yanacaq çənlərini ələ keçirmiş talibançıların mövqeinə vurulub.

Amma həmin vaxt ətrafda xeyli dinc sakin də olub.

Hakim dairələr azı 90 adamın yaralandığını deyir.

NATO komandanlığı hərtərəfli istintaq aparılacağını vəd edib.