Uqo Çaves Mahmud Əhmədinejadla görüşüb

Tehranda İran və Venesuela prezidentlərinin görüşü olub.

Mahmud Əhmədinejadla Uqo Çaves bəyan ediblər ki, imperializmə qarşı olan bu iki ölkə bir-birini müdafiə edəcək.

Çaves xüsusilə qeyd edib ki, dinc nüvə proqramı üzərində işləmək İranın suveren hüququdu və qərb hələ də Tehranın nüvə silahı əldə etmək istəməsinə sübut göstərə bilməyib.