ABŞ Şimali Koreyanın bəyanatından narahatdı

Birləşmiş Ştatların Şimali Koreya üzrə xüsusi elçisi Stiven Bosuort nüvə silahı üzərində işin davam eləməsiylə bağlı Pxenyanın bəyanatından narahatdı.

Stiven Bosuort Seulda çıxış edərkən qeyd edib ki, Şimali Koreya yenidən nüvə silahı əldə etməyə cəhd göstərdiyini nümayiş etdirir və onun bu sahədə fəaliyyətinə aydınlıq gətirilməlidi.

Şimali Koreya bu yaxınlarda nüvə və raket sınaqları keçirib.