Tehran ABŞ-ı parlamentin qərarına hörmət etməyə çağırıb

Tehran Birləşmiş Ştatları Əhməd Vahidinin müdafiə naziri vəzifəsinə təyin olunmasına hörmətlə yanaşmağa çağırıb.

Birləşmiş Ştatlarla Argentina Əhməd Vahidini 1994-cü ildə Argentinadakı yəhudi mərkəzinin partladılmasında şübhəli sayırlar.

Tehransa ittihamı rədd edir.

İran parlamenti ötən həftə Əhməd Vahidinin müdafiə naziri vəzifəsinə namizədliyini qəbul edib.

Vaşinqton bunu geriyə atılmış addım adlandırıb.