«Barmek-Azərbaycan» şirkətinin rəhbəri Hüseyn Arabulun məhkəmə istintaqı yekunlaşıb.
Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə sonuncu şahidin ifadəsi dinlənilib.
H. Arabulun vəkili məhkəməyə təqsirləndirilən şəxsin özü tərəfindən Şəmkir rayonunda çəkilən şəkliləri sübut kimi təqdim edib.
Prosesdə cinayət işində olan sənədlər elan olunub. H. Arabul deyib ki, belə bir vəziyyətə düşməisndən çox peşimandır.
Prokuror ittiham çıxışı üçün məhkəmədən sentyabrın 10-na kimi vaxt istəyib.
Məhkəmə sentyabrın 10-da davam edəcək.
Hüseyn Arabul 2007-ci ildə Azərbaycanda iqtisadi cinayətkarlıqda təqsirli bilinərək 5 il şərti cəza alıb. Bu müddətində o, ölkəni tərk edə bilməzdi. Amma, «Barmek» prezidenti Azərbaycandan Gürcüstana keçmək istəyərkən həbs olunub.