Türkmənistan qaz "OPEK"-inə üzvlüyə dəvət olunub

Venesuela prezidenti Uqo Çaves Türkmənistanı yaradılması planlaşdırılan Qaz İxrac Edən Ölkələr Birliyinə (qaz OPEK-i) üzv olmağa dəvət edib.
Türkmənistanda rəsmi səfərdə olan Çaves prezident Qurbanqulu Berdumuhammedovla görüşdə təklifini səsləndirib. Amma Orta Asiyanın ən iri qaz ixracatsçısı olan Türkmənistan hələ ki təklifə münasibət bildirməyib.

Türkmənistana İranda gələn Çavesin, həftəiçi Belorus və Rusiyaya da səfəri nəzərdə tutulub.