Sudanda qadın jurnalist şalvar geyməkdə günahkar bilinib. 40 şallaq cəzası alsa da, 200 dollar cəriməylə qurtula bilib. Lubna Hüsseyni digər 12 qadınla birgə paytaxt Xartumdakı kafeyə şalvarla getdiyinə görə həbs eləsələr də, beynəlxalq aləmin təzyiqləri nəticəsində məhkəməyə qədər gedən jurnalist və iki yoldaşının cəzaları yumşaldılıb. Digər 10 qadınsa 10 şallaq cəzası alıb.