Gürcüstanda güclü zəlzələ olub

Gürcüstanda sentyabrın 7-də güclü zəlzələ olub. Xəsarət alan və dağıntılar olmayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, 6.7 bal gücündə olan zəlzələnin episentri Rusiya və separatçı Cənubi Osetiya ilə həmsərhəd Kutaisi şəhəri yaxınlığında olub.

Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss olunub. Cənubi Osetiya rəsmiləri də xəsarət alan və böyük dağıntıların olmadığını deyib.