1200 abonent işıqsız qalıb

Sentyabrın 7-dən bu günə 1200-ə qədər borclu abonentin elektriki kəsilib.


Bu barədə AzadlıqRadiosuna «Bakıelektrikşəbəkə» QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, hər gün borclu abonentlərin siyahısı dəqiqləşdirilir. «Əgər bu gün və sabah xəbərdarlığa baxmayaraq, qalan borclu abonentlər də öz borclarını ödəməsələr bu sanksiya onlara da tətbiq olunacaq».