1200 abonent işıqsız qalıb

Sentyabrın 7-də elektrik enerjisinə görə borclu olan 1200-ə qədər abonentin elektriki kəsilib.

Bu barədə AzadlıqRadiosuna «Bakıelektrikşəbəkə» QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, hər gün borclu abonentlərin siyahısı dəqiqləşdirilir:

«Əgər bu gün və sabah xəbərdarlığa baxmayaraq, qalan borclu abonentlər də öz borclarını ödəməsələr bu sanksiya onlara da tətbiq olunacaq».