«Azərbaycanın media məkanında həmrəylikdən söhbət gedə bilməz. Çünki, indi media məkanında olanların çoxu peşəkarlar deyil».
Bu sözləri BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli deyir. Onun sözlərinə görə, media təmsilçilərinin hətta öz problemlərilə bağlı birgə mövqe ortaya qoya bilməməsinin kökündə mətbuatın «cəmiyyətin aynası» olmaqdan uzaqlaşması dayanır:
MEDİA - BÖYÜK MƏQSƏDLƏR, YOXSA QAZANC MƏNBƏYİ?
- Çox təəssüf, jurnalistika bəziləri üçün vasitədir, qazanc məqsədidir. Elə bu səbəblərdən də Azərbaycanda 90-cı illərdəki jurnalist həmrəyliyi yoxdur. Parçalanmış maraqlar, məqsədlərin yayğınlığı, insanları da bir-birindən uzaqlaşdırır.
«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da düşünür ki, pərakəndəlik, ölkə üçün həlledici məqamlarda məsələlərə bəzən anlaşılmaz münasibət media qurumlarının müstəqil olmamasının səbəbidir. Mətbuatı şərti olaraq iqtidarın, müxalifətin təsiri altında olanlara və özlərini müstəqil adlandıranlara bölən, bunların içərisində «reket»lərin də olduğunu vurğulayan B.Sadıqova görə, bütün hallarda media böyük məqsədləri arxa plana keçirməməlidir:
- Media orqanları bu bölgünün arxasında durub mətbuatın ümumi prinsiplərini, milli maraqları unutmamalıdır. Hətta beynəlxalq aləmdə Azərbaycanla bağlı bir məsələ olanda hərə bir tərəfə çəkir. Əgər iqtidar bunu tənqid edirsə, müxalifət dəstək verir, özünü müstəqil adlandıranlar isə ümumiyyətlə susur.
Bəxtiyar Sadıqov deyir ki, ölkə mediasının çoxsaylı problemləri onun beynəlxalq media məkanına inteqrasiyasının qarşısını alır. Baş redaktorun fikrincə, qəzetlər böyük maraqları bir kənara qoyub gündəlik növbətçi mövzulara ənənəvi münasibət bildirməklə məşğuldur.
QƏPİK DAVASI
Azərbaycan Jurnalistlər Birliyinin başçısı Elçin Şıxlı isə hesab edir ki, təxminən 6-7 il öncə ölkə mediasında həmrəylik az da olsa görünürdü. Medianın qarşılaşdığı hər hansı problemlə bağlı ən azı 10-15 nəfər bəyanat şəklində olsa belə, bir mövqe ortaya qoyurdu. Jurnalistlərin həbsi ilə bağlı etiraz aksiyaları keçirilirdi:
- Ancaq indi bir neçə il öncəki həmrəylikdən danışmaq mümkün deyil. Beynəlxalq media məkanına inteqrasiyaya gəlincə, müxtəlif səviyyələrdə müxtəlif əlaqələr var, ancaq bunu həmrəylik kimi qəbul etmək doğru deyil. QHT statusunda olan media qurumları beynəlxalq media qurumları ilə əlaqə yaradır, layihələr gerçəkləşdirir. Ancaq onların Azərbaycan jurnalistikasına hər hansı müsbət təsirini görmürəm. Ortada nə ümumi siyasət var, nə də mövqe. İndi Azərbaycanda çoxları bu sahədən pul qazanmaq haqqında düşündür. Kobud çıxacaq, ancaq deməliyəm, kim hansı tərəfdən 1 qəpik qazanırsa, ora da meyl eləyir.
QÜTBLƏŞMƏ
Müstəqil jurnalist İlhamiyyə Rza isə Azərbaycanda jurnalistlərin nə zamansa həmrəy olduğunu ümumiyyətlə xatırlamır:
- Jurnalistikanın biznes strukturuna çevrilə bilməməsi, hansısa nüfuzların birbaşa təsiri altında olması media orqanlarını müxtəlif qütblərə bölür. Bu gün Azərbaycanın ictimai-siyasi həyatı nə qədər qütbləşibsə, mediada da o qədər qütbləşmə var. Buna görə də media vahid mövqedən çıxış edə bilmir. Elə məqamlar var ki, məsələn, jurnalist dəyərləri, jurnalist etikası, hətta bu məsələlərlə bağlı bir mövqe ortaya qoya bilmirik. Ona görə də həmrəylikdən danışmağa dəyməz.
Ekspertlərin fikrincə, jurnalistlər arasında həmrəyliyin getdikcə zəifləməsinin başlıca səbəbi, hökumətin ildən-ilə artan təzyiqləridir. Üstəlik, jurnalist Azərbaycan mətbuatının banisi sayılan Həsən bəy Zərdabinin bütün əmlakını xalqın maariflənməsi yolunda xərclədiyindən yazarkən həmin məqalənin əvəzində nə qədər qonorar alacağını düşünürsə, belə bir media məkanında həmrəylikdən danışmaq üçün uzun illər gərək olacaq.