Ombudsman Mikloş Haraştiylə görüşüb

Ombudsman Elmira Süleymanova Azərbaycanda səfərdə olan ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştiylə görüşüb.

APA-nın məlumatına görə Mikloş Haraşti görüşdə təmsil etdiyi qurumun Azərbaycanda jurnalistlərin və mətbuat azadlığının vəziyyətini diqqətdə saxladığını , jurnalistlər və gənc bloggerlərin həbsindən narahat olduğunu bildirib.

Ombudsman Elmira Süleymanova isə gənc bloqqerlərin məsələsini ilk gündən diqqətdə saxladığını deyib.