Bələdiyyənin sabiq sədri həbs olunub

Astara rayon Ərçivan kənd bələdiyyəsinin sabiq sədri Mirzağa Nuriyev həbs olunub. O, korrupsiyada ittiham olunur.

Ötən il Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi 15 bələdiyyə sədri barəsində araşdırma aparmışdı. Bu bələdiyyə sədrləri arasında Ərçivan kənd bələdiyyəsinin sədri Mirzağa Nuriyevin də adı vardı.