Venesuella 2 separatçının müstəqilliyini tanıdı

Venesuella prezidenti Uqo Çaves sentyabrın 10-da deyib ki, ölkəsi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır.

Kremldə Rusiya prezidenti Dmitri Medvedevlə görüşən Çaves «bu gündən» hər iki regionu suveren dövlət kimi qəbul edəcəyini bildirib.

Rusiya ötən ilin avqustunda Gürcüstanla qısa müddətli müharibədən sonra hər iki separatçı regionun müstəqilliyini tanıyıb.

Bu günə qədər Rusiyadan başqa, Nikaraqua eyni addımı atmışdı.