2010-da neftə tələbat artacaq

Dünyanın neftə olan tələbatı bu il və 2010-cu ildə artacaq. Belə bir proqnozu Beynəlxalq Enerji Agentliyi verib.

Agentlik bildirir ki, Çin və ABŞ iqtisadiyyatında gözlənilməz iqtisadi göstəricilər vəziyyəti dəyişib. Ancaq qurum iqtisadiyyatın bərpasının hələ zəif gedəcəyini deyir.

Bu arada sentyabrın 9-da neft ixrac edən ölkələr təşkilatı – OPEK razılaşıb ki, xam neft hasilatının həcmini stabil saxlasınlar.

Hazırda dünya bazarlarında neftin bir barrelinin qiyməti 72 dollardır, bu isə dekabr ayı ilə müqayisədə təxminən 2 dəfə artıqdır.