Prezidentliyə namizədin telefonunu oğurlayıblar

Kolumbiyada 2010-cu ildə keçiriləcək seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək Serxio Facardonun İspaniyada mobil telefonunu oğurlayıblar.

Hadisə Bilbaodakı parkların birində baş verib.

Həyat yoldaşı mağazaları gəzdiyi vaxt o da parkdakı skamyaların birində bir az mürgüləmək istəyirmiş.

Madriddə jurnalistlərə oğurluq haqda məlumat verən prezidentliyə namizəd etiraf edib ki, “parkda mürgüləməyi və dünyada hər şeyi unutmağı çox sevir”.

Facardo İspaniya paytaxtında forumda iştirak eləməyə gəlib.