20-dən çox meşə gözətçisini işdən çıxardılar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin mütəxəssisləri Gədəbəy, İsmayıllı, Daşkəsən və Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin qorunub mühafizə olunmasına operativ nəzarətin təşkili vəziyyətini araşdırıbla.

Nazirlikdən verilən məlumata görə araşdırma zamanı Meşələrin İnkişafı Departamentinin müvafiq əmrləri ilə 22 meşə gözətçisi yol verdikləri nöqsanlara görə işdən azad edilib.

Eyni zamanda, Gədəbəy və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin qorunub mühafizə olunmasına operativ nəzarət lazımi səviyyədə yerinə yetirilmədiyinə görə bir sıra müəssisə direktorlarına ciddi xəbərdarlıq edilib.