36 min adam işini itirir

Rusiyanın avtomobil nəhəngi Avtovaz 36 min iş yerini dekabra qədər ixtisar edir. Avtovaz bunu maşınlarına tələbatın qəfil düşməsi ilə izah edir.

25%-i Fransanın Renault şirkətinə məxsus olan Avtovaz avqustda bir aylığa istehsalı dayandırmışdı.

Şirkətin qərarı ilə sentyabrdan fevrala qədər də işin həcmi həftədə 20 saata qədər azaldılıb.