Bu gün bloggerlərin valideynlərinin şikayətinə baxılacaq

Bu gün Səbayel rayon məhkəməsində həbsdə olan bloggerlər - Adnan Hacızadəylə Emin Millinin valideynlərinin iddiasına baxılacaq. Məhkəmə günortadan sonra saat 4-5 arasında olacaq. Valideynlər istintaq müddətində övladları ilə görüşə icazə vermədiyi üçün Səbayel rayon polis idarəsinin müstəntiqi Ziya Əliyevi məhkəməyə veriblər.


Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.