Dərbənddə 3 silahlı öldürülüb

Bazar günü Dağıstanın Dərbənd rayonunda 3 silahlı öldürülüb.

Polisin məlumatına görə, onlardan ikisi qeyri-qanuni silahlı birləşmənin üzvü olub. Üçüncü silahlının şəxsiyyəti hələ müəyyənləşdirilməyib. O silahlıların sürücüsü olub.

Axtarış zamanı onların maşınından silah-sursat çıxıb.