Buşa ayaqqabı atan jurnalistin azadlığa çıxması sabaha qaldı

Mətbuat konfransında ayaqqabılarını çıxarıb ABŞ prezidenti Corc Buşa atmaqla bir anda bütün dünyada məşhur olmuş iraqlı jurnalist Müntəzər əl-Zahidi sabah azadlığa çıxacaq.

Bu haqda Frans-Press agentliyinə onun qardaşı deyib. Bundan əvvəl jurnalistin bu gün azad olunacağı bildirilirdi.

Zahidi 2008-ci ilin dekabrında Corca Buşa ayaqqabılarını atmaqla etirazını bildirmişdi. O, səfərdə olan dövlət başçısını təhqir etməkdə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan cəza müddəti azaldılmışdı.