Tribunal jurnalisti 7 min avro cərimələdi

Hərbi Cinayətlərə dair Beynəlxalq Tribunal fransız jurnalistini və Tribunalın keçmiş mətbuat katibini təqsirkar bilib.
Florens Hartman məhkəmənin məxfi sənədlərini, o cümlədən keçmiş Yuqoslaviya prezidenti Miloşeviçin məhkəməsindən sənədləri öz kitabında çap edib.
Jurnalist 7 min avro məbləğində cərimə olunub.