Azərbaycan ordusunun əsgəri - Tərtər rayonu ərazisində yerləşən «N» saylı hərbi hissədə xidmət edən 19 yaşlı Tofiq Əliyev postda dayanarkən avtomatla özünü öldürüb.
ANSPRESS-in əsgərin əmisi Yadigar Əliyevə istinadən yaydığı məlumata görə, T.Əliyev xidmətin 1 ili tamam olduğu üçün sentyabrın 11-dək evlərində məzuniyyətdə olub:
«Sentyabrın 11-də məzuniyyətini başa vuraraq hərbi hissəyə yollanıb».
Əsgərin əmisi qeyd edib ki, elə həmin axşam T.Əliyev zəng edərək mobil telefon üçün kontur istəyib. Kontur yükləndikdən sonra əlaqə kəsilib. Sentyabrın 13-də onun meyiti gətirilib.
Y.Əliyevin sözlərinə görə, qardaşı oğlunun özünü öldürməsi barədə onu gətirən hərbiçilərdən eşidib.
Müdafiə Nazirliyinin mətbuat xidməti iş gününün sonu olmasını əsas gətirərək faktı nə təsdiq, nə də təkzib edib.
Tofiq Əliyev 2009-ci ilin sentyabrında Astara rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.