ABŞ rəsmisi İraq rəhbərliyilə danışıqlar aparır

Birləşmiş Ştatların vitse-prezidenti Cozef Baydan Bağdadda İraq rəhbərliyilə təhlükəsizlik məsələsini müzakirə edir.

Onun İraqdakı Amerika komandanlığıyla da görüşü nəzərdə tutulub.

Bayden İraqa dünən gəlib.

Elə həmin gün Bağdadın mərkəzi-hökumət binalarının yerləşdiyi yaşıl zona minaatanlardan atəşə tutulub.

İtki və ya xəsarət alanalar olmayıb.

Hakim dairələr bu hücumda əli olmaqda şübhəli bilinən 3 nəfərin yaxalandığını xəbər verir.