Moldovada hökumətin əsas üzvləri hakim koalisiyadan olacaq

Moldovanın yeni baş naziri Liberal partiyasının lideri Vlad Filat olacaq.

Prezidentin səlahiyyətlərini icra edən Mixay Qimpu deyib ki, parlament keçmiş hökumətin istefasını qəbul edən kimi belə bir fərman veriləcək.

Məlumatlara görə yeni hökumət gələn həftə təqdim olunacaq.

Yerli mətbuatın məlumatına görə hökumətdə əsas vəzifələri hakim koalisiya yaratmış 4 partiyanın üzvləri tutacaq.