İndoneziyada 4 yaraqlı öldürülüb

İndoneziyada yaraqlılarla polis arasında toqquşma olub. 4 yaraqlı öldürülüb, bir polis əməkdaşı isə yaralanıb.

Polisin yaydığı məlumatda deyilir ki, öldürülən yaraqlılardan biri partlayıcı hazırlamaq üzrə mütəxəssis idi.

Onu iyulda Cakartada dəbdəbəli otellərdə partlayış törətməkdə şübhəli bilirdilər.