Pakistanın şimal-qərbində 25 nəfər ölüb

Hadisə Kohat şəhərində olub. intiharçı minalanmış maşını partladıb.

Bölgənin meri deyib ki, partlayıcının otelin yanında işə salınması nəticəsində bir neçə nəfər də yaralanıb.

Partlayış zamanı avtomobillər və yaxınlıqda dükanlar dağılıb.

Bu regionda sünni və şiə müsəlmanlar arasında tez-tez toqquşmalar olur.