Obama deyir ki, antiböhran tədbirləri kifayət deyil

ABŞ prezidenti Barak Obama deyib ki, hökumətin gördüyü antiböhran tədbirləri iqtisadi tənəzzülü saxlasa da bu kifayət deyil.

Obama hesab edir ki, yeni mümkün böhrandan qaçmaq üçün maliyyə korporasiyaları və bazarlarda fəaliyyət mexanizmini dəyişmək lazımdı.

Barak Obama bunu böyük 20-lər ölkələrinin növbəti sammiti ərəfəsində radioyla çıxışında deyib.

Sammit gələn həftə Birləşmiş Ştatlarda keçiriləcək.