ABŞ rəsmisinin Yaxın Şərqdə apardığı danışıqlar nəticə verməyib


Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçelin bu həftə regionda apardığı danışıqlar nəticə verməyib.

Amma Dövlət Departamenti sülh cəhdlərinin davam etdiriləcəyini bəyan edib.

Birləşmiş Ştatların təzyiqlərinə baxmayaraq İsrail Fələstin ərazilərində yəhudi qəsəbələrinin tikintisini davam etdirmək qərarına gəlib.