Qaracay Çərkəzdə dini xadim öldürülüb

Qaraçay Çərkəz və Stavropol vilayətinin dini müsəlman idarəsinin sədr müavini İsmayıl Bostanov bu gün- Ramazan bayramı günü öldürülüb.

Nəməlum silahlı adamlar işıqforda dayanarkən onun maşınını atəşə tutublar.

İsmayıl Bostanov aldığı yaralardan elə yerindəcə keçinib, oğlu isə yaralanıb.

İsmayıl Bostanova bir neçə dəfə əvvəllər də sui-qəsd olub.