Barak Obama dünya müsəlmanlarını təbrik edib

Dünya müsəlmanları bu gün və sabah Ramazan ayının sona yetməsini qeyd edirlər.

ABŞ prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton dünya müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik ediblər.

Obama həyat yoldaşı Mişel və öz adından dünya müsəlmanlarını təbrik edib, bu müqəddəs gündə yoxsulluq və xəstəliklərlə mübarizə aparan hər bir insanı yada saldıqlarını bildirib.

Hillari Klinton isə çıxışında İslamın yardımsevərlik, mərhəmət və əməkdaşlıq kimi dəyərlərə malik olduğunu vurğulayıb.