Qəndəharda 5 adam ölüb

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərində baş vermiş partlayışda 5 adam ölüb, 15 nəfərsə yaralanıb.

Associated Press agentliyi yerli polisə istinadla ölənlərdən 1-nin polis, 4-nün isə dinc sakinlər olduğunu xəbər verir. Partlayış hərbi maşın yoldan ötərkən baş verib.

Helmand əyalətində isə 1 Danimarka əsgəri həlak olub.

Yaraqlılar hərbi patrulu atəşə tutublar.