Azərbaycan Yekaterinburqda Baş Konsulluq açıb.
Bu konsulluq Rusiyanın 3 federal dairəsində- Uzaq Şərq, Sibir və Ural federal dairələrində yaşayan azərbaycanlılara xidmət göstərəcək.
Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Yekaterinburqda qubernator Eduard Rosselə yeni konsulu- Sultan Qasımovu təqdim edib.
Bu, Azərbaycanın Rusiyada Sankt Peterburqdan sonra açdığı ikinci Baş Konsulluqdur.