«Qlobal iqtisadi böhran Qafqaza ciddi təsir edib»

«Qlobal iqtisadi böhran və Rusiyadan pul köçürmələrinin azalması Qafqaz və Orta Asiyada iqtisadiyyata ciddi təsir edib».

Asiya Bankının sentyabrın 22-də açıqladığı hesabatda belə deyilir. Bank bildirir ki, «dünyada neft-qaza tələbat pis olmasa da, Azərbaycanda proqnozlaşdırılan 8 faizlik artım 3 faiz olub».

Ən böyük itki ilə Ermənistan, Gürcüstan və Qazaxıstan üzləşib. Daha çox qazanclı vəziyyətdə olan ölkələr isə qapalı iqtisadiyyatları ilə Özbəkistan və Türkmənistandır.