Kasparov-Karpov 2:0

Harri Kasparov Valensiyada keçirilən görüşdə liderlik edir.

Şahmat üzrə keçmiş dünya çempionları Harri Kasparov və Anatolil Karpov arasında şahmat tacı uğrunda mübarizələrinin 25 illiyi münasibətilə oyun keçirilir. Sentyabrın 22-də Kasparov birinci və ikinci partiyada Karpova qalib gəlib.

Ümumilikdə sentyabrın 25-dək qrossmeysterlər arasında 10 oyun keçiriləcək.

1984-cü ilin bu ayında Karpovla Kasparov arasında ilk dəfə dünya çempionu uğrunda oyun keçirilib. Rəqiblər 6 il ərzində birgə 5 oyun keçirib, bu oyunlar şahmatın inkişafına böyük təsir edib