«Böyük 20-lik» ölkələrinin sammiti başlayır

«Böyük 20-liy»in London sammiti, 2 aprel 2009

Sentyabrın 24-də Amerikanın Pittsburq şəhərində «Böyük 20-lik» ölkələrinin sammiti açılır. İki günlük görüşdə iqtisadi artım və iqlim dəyişikliyi müzakirə olunacaq.

ABŞ prezidenti Barak Obamanın dünya iqtisadiyyatında qeyri-mütənasiblik təhlükəsi olması barədə danışacağı gözlənilir.

Çin kimi ölkələrdə ixrac idxaldan böyük olduğu halda, ABŞ və digər ölkələr büdcə defisiti problemini həll edir.

Avropa liderləri görüşdə maliyyə bazarlarının tənzimləmə məsələsini müzakirə etmək niyyətindədir.