İlham Əliyev Nardarana gedib

Sentyabrın 24-də prezident İlham Əliyev Bakının Nardaran kəndində olub. İlham Əliyevin qəsəbəyə gəlişində məqsəd yeni tikiləcək dairəvi yolun təməlqoymasında iştirak etmək olub.

Nardaran sakinlərinin AzadlıqRadiosuna verdikləri məlumata görə, prezident birbaşa dairəvi yolun təməlqoyması keçirilən Səfxanı küçəsinə gəlib. Tədbir başa çatdıqdan sonra qəsəbəni tərk edib. Sakinlərin sözlərinə görə, prezident qəsəbəyə gəlməmişdən əvvəl Səfxanı küçəsinə toplaşan qəsəbə sakinləri ərazidən uzaqlaşdırılıblar.

Qeyd edək ki, bu dairəvi magistral yolun Mərdəkan dairəsindən Bilgəhdən keçməklə Sumqayıt şəhərinədək çəkilməsi nəzərdə tutulub.