Noyabrda Bakıda təzə səfirlik açılır

Çexiya Parlamenti Senatının sədri Prşemısl Sobotka deyibr ki, yaxın vaxtlarda Azərbaycanda Çexiyanın səfirliyi açılacaq.

Qonaq deyib ki, artıq səfir Bakıdadır və fəaliyyət göstərir. Səfirliyin açılışı isə noyabrın sonlarına planlaşdırılıb.

Senatın sədri qeyd edib ki, səfirliyin açılması iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək.