YOL VER...

Qeyri-rəsmi rəqəmlərə görə, Aeroport yarmarkasında 25 mindən çox adam çalışır. Yarmarkaya gün ərzində 50 minə yaxın müştəri gəlir.

Yarmarkada Çindən, Pakistandan, Türkiyədən gəlmiş və burada işləyən onlarca əcnəbiyə rast gəlmək olur.

Yarmarkadan İran, Türkiyə, Gürcüstan və Rusiyaya da mal gedir. Buradan birbaşa həmin ölkələrin və Azərbaycanın bir çox bölgələrinin şəhərlərinə gedən avtobuslar da var.

Zibillik yaradanlar var, zibilləri yığışdıranlar isə yox.

Yarmarkada icarə haqqı yüksək olduğundan əksər obyektlərin qapısı bağlı qalıb.

Rasimin başı ticarətdən çıxmasa da, çörək pulu Aeroport Yarmarkasından çıxır.

«Hər gün ən azı 100 dəfə «Yol ver» sözünü deyirəm. Alıcıları bezdirsəm də, çörək pulum bu sözdən çıxır».

Alıcılar Binə bazarı ilə müqayisədə Sədərək bazarında ətrafın səliqəli, qiymətlərin isə yüksək olduğunu deyirlər.

İstirahət günləri yarmarkadan evə qayıtmaq müşkül bir məsələyə çevrilir.