«SALAMAT QAL, SERBİYA!»

Kosovonun Baş naziri Haşim Taçi müstəqilliyi paytaxt Priştinadakı parlamentdə elan edib. O, bəyannaməni oxuyarkən deyib ki, yeni Kosovo «sülh və sabitliyə sadiq qalacaq»

Minlərlə Kosovo albanı müstəqillik bəyannaməsini eşitmək üçün parlamentin qarşısına toplaşıb

Priştina bayraqlara qərq olub, binalar bayraqlarla örtülüb, avtomobillərin pəncərələrindən bayraqlar yellənir. Etnik alban olan yüzlərlə emiqrant həftəsonu Kosovoya axışıb

Priştinada Kosovo albanının geydiyi futbolkanın üzərində «Salamat qal, Serbiya!» sözləri yazılıb. Hökumət 72 saatlıq mədəni proqram, barların çoxu isə pulsuz içkilər təklif edir

Ancaq təhlükəsizliklə bağlı qorxu da var. Etnik baxımdan parçalanmış Mitrovitsada Fransa hərbçiləri nəzarət- buraxılış məntəqələrini beton bloklarla gücləndiriblər. Kosovoda təhlükəsizlik 16 minlik NATO qoşunlarından asılıdır

Mitrovitsadakı serb azlığının nümayəndələri müstəqilliyin elan olunması ərəfəsində gələcək addımları müzakirə edirlər. Əyalət boyu serblər ayrılma əleyhinə dini mərasimlər və etirazlar keçiriblər. Serbiya Kosovonun müstəqilliyini qanunsuz adlandırır

Yarımhərbi serb qurumu – «Müqəddəs Çar Lazar Qvardiyası»nın lideri Haci Andrey Miliç. Son günlər onun qruplaşması Serbiya ilə Kosovo arasındakı sərhəddə nəqliyyatın hərəkətini dayandırıb - Caption: epa01256635 Hadzi-Dragan Milic, leader of self proclamed paramilitary organisation 'Guard of Tzar Lazar', which ceremonialy blocked traffic for 10 minutes on the border cross between Serbia and its brakeaway province Kosovo, Serbia, 15 February 2008. Kosovo is preparing to declare independence this weekend after eight years under United Nations stewardship.

Priştinada üzərində «Sağ ol!» yazılan Britaniya və ABŞ bayraqları...Gözlənilir ki, Birləşmiş Ştatlar və Avropa Birliyinin aparıcı ölkələri yeni dövləti tanıyacaqlar