Tehran razılaşdı

İranın Atom Təşkilatının rəhbəri bu gün bildirib ki, Tehran Beynəlxalq Atom enerjisi Agentliyinin onun yeni nüvə zavodunu yoxlamasına razılaşıb.

Təşkilatın rəhbəri Əli-Əkbər Salehi dövlət televiziyasına verdiyi müsahibədə deyib ki, Agentliklə İran arasında əməkdaşlığa uyğun olaraq yeni zavodda münasib vaxtda yoxlamalar aparılacaq. Amma o, yoxlamanın vaxtı barədə konkret vaxt deməyib.

Əli-Əkbər Salehinin bildirdiyinə görə yeni zavod paytaxt Tehranın 100 kilometrliyində tikilib və qarşıdakı bir ildə fəaliyyətə başlaycaq.

İranın Natanz adlı birinci nüvə zənginləşdirən zavodu isə ölkənin mərkəzində yerləşir.