Seldən sonra gələn bəla

Sentyabrın 29-da axşam saatlarında Cəlilabad rayonunun Badamağacı kəndində 10 kilovat gücündə olan elektrik xəttinin telefon xətti ilə birləşməsi 2 nəfərin ölümünə, 6 nəfərin ağır bədən xəsarəti almasına səbəb olub.

Rayon sakinləri AzadlıqRadiosuna bildirib ki, ötən həftənin sonundan başlayan leysan və seldən sonra rayonun dağ kəndlərinə verilən elektrik enerjisi kəsilib.

Üç günlük fasilədən sonra kəndlərə elektrik veriləndə isə qəza baş verib. Badamağacı kəndinin sakinləri bildirir ki, elektrik verilən an telefonlar aramsız zəng çalmağa başlayıb.

Sözügedən 8 nəfər dəstəyi qaldırdıqda onları elektrik vurub.