Əfqanıstanda 22 talibançı öldürülüb

Əfqanıstanın Fərəh əyalətində aparılmış əməliyyat zamanı 22 talibançı öldürülüb.

Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi xəbər verib.

Nazirliyin məlumatına görə 4 saat davam eləmiş döyüşdə həmçinin iri bir silah anbarı ələ keçirilib.

Host əyalətində isə bir Amerika əsgəri minaya düşərək həlak olub.