Azadlıq Radiosunun İran xidmətinin iki müxbiri həlak olub

Amir Zaamaifar və Roza Aciri
AzadlıqRadiosunun İran xidmətiin iki müxbiri Roza Aciri və Amir Zaamaifar Çexiyada – Praqa yaxınlığında avtomobil qəzasına düşərək həlak olublar. Xidmətin daha bir əməkdaşı Mahin Qorcinin vəziyyəti isə çox ağırdır.

Hadisə sentyabrın 29-da səhər saatlarında baş verib. İstintaqın ilkin dəyərləndirməsinə görə, onlar sürücünün dincəlməsi üçün avtomobillərini yolun qırağında saxlayıblar və bir qədər sonra arxadan gələn bir yük maşını onların avtomobilinə çırpılıb.

Azadlıq Radiosunun Azərbaycan xidməti həmkarlarının ölümündən kədərləndiyini bildirir və İran xidmətindəki həmkarlarına, eləcə də mərhumların yaxınlarına dərin hüznlə başsağlığı verir.